Sentyabrın 3-dən 9-dək Portuqaliyanın Figueira şəhərində Avropa Super final (European Beach Soccer League) mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az xəbər verir ki, Bolqarıstan yığmasının iştirakdan imtina etməsi səbəbindən final mərhələsində Estoniya yığması mübarizə aparacaq.

Komandamızın heyəti və keçirəcəyi oyunların təqvimi artıq bəllidi.

Millinin heyəti: Vaqif Şirinbəyov, Elçin  Qasımov, Comərd Baxşəliyev, Kamil Hüseynov, Amid Nəzərov, Orxan Məmmədov, Elgiz Kərəmli, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Sabir Allahquliyev, Əbdül Əliyev.

 

Təqvim:

5 sentyabr

15:45. Estoniya – Azərbaycan

6 sentyabr

15:45. Azərbaycan – Rumıniya

7 sentyabr

15:45. Azərbaycan – çexiya

 

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest