PSJ-nin hücumçusu Neymar intizamsız davranışlarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı forvard komandanın son məşqində dava-dalaşa səbəb olub.

Belə ki, superulduzun məşqdə komanda yoldaşlarından biri ilə dalaşdığı bildirilib. Onun "Barselona"ya transferi baş tutmadığı üçün qəzəbli olduğu və məşqlərə həvəssiz yanaşdığı vurğulanıb.

Qeyd edək ki, "Barselona" ilə PSJ arasında danışıqlar uğursuz nəticələndiyindən, Neymarın Fransa klubunda qalması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest