"Qəbələ"nin baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərliyin qərarına əsasən, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının III turunun "Keşlə" ilə oyunundan (0:4) sonra Sənan Qurbanov baş məşqçi vəzifəsindən istefa verib və onun müraciəti qəbul olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest