Lissabon "Sportinq"i heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Portuqaliya klubu Fransa çempionu PSJ-nin hücumçusu Xese Rodriqesi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı ispaniyalı hücumçu 1 illik icarəyə götürülüb.
 
Madrid "Real"ının yetirməsi olan futbolçu PSJ-də 2016-cı ildən çıxış edir. Amma o, bu müddətdə "Las Palmas", "Stok Siti" və "Betis" klublarında icarədə də oynayıb.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest