Hollandiyada 2018-19 mövsümünün ən yaxşıları mükafatlandırılıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Ayaks"ın keçmiş oyunçuları müxtəlif nominasiyaların qalibi olub.

Yay fasiləsində "Yuventus"a keçən Mattiys de Liqt ən yaxşı futbolçu seçilib. "Yohan Kroyff" mükafatı Amsterdam təmsilçisinin digər sabiq üzvü Frenki de Yonqa verilib. "Barselona"lı ən yaxşı gənc oyunçu seçilib.

Hücumçu Duşan Tadiç isə ən yaxşı bombardir kimi mükafatlandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest