"Liverpul"un yarımmüdafiəçisi Rayan Kent "Reyncers"ə keçib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı futbolçu Qlazqo təmsilçisinə birdəfəlik transfer edilib.

Şotlandiya klubu ötən mövsümü icarə əsasında bu komandada keçirmiş Kent üçün qarşı tərəfə 6,5 milyon funt-sterlinq ödəyib. "Qırmızılar" oyunçunun performansına görə, daha 1 milyon funt-sterlinq bonus əldə edə bilər.

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan Rayan Kent İngiltərənin aşağı yaş qrupu üzrə yığmalarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest