"Barselona"nın prezidenti Xosep Mariya Bartomu PSJ-nin hücumçusu Neymarın transferinin baş tutmamasını şərh edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbol funksioneri bunu qarşı tərəfin astronomik məbləğ tələb etməsi ilə əlaqələndirib.

Bartomeu bildirib ki, fransızlar "sambaçı"nın keçidi müqabilində 150 milyon avro, həmçinin 3 futbolçu - Jan-Kler Todibo, İvan Rakitiç və Usman Dembelenin icarəyə verilməsini istəyib: "Hər şey bitdi. Biz bütün dünya futbolu üçün gülüş mənbəyi olmayacağıq".

Qeyd edək ki, Neymarın PSJ ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest