UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi qismində turnirə vəsiqə qazanan "Qəbələ"nin də rəqibi müəyyənləşib.

UEFA Gənclər Liqasının çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi qismində turnirə vəsiqə qazanan "Qəbələ"nin də rəqibi müəyyənləşib.

Əyalət təmsilçisi I raundda Kipr APOEL-i ilə qarşılaşacaq. İlk oyun Qəbələdə keçiriləcək. Təmsilçimiz bu mərhələni adlayacağı təqdirdə II mərhələdə "Saraqosa" (İspaniya) - "Korona" (Polşa) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, reqlamentə əsasən, çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. çempionlar Yolunda I mərhələnin oyunları 2-23 oktyabrda, II raundun görüşləri isə 6-27 noyabrda baş tutacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektivlə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest