"Qələbə qazana biləcəyimiz oyun idi. İlk hissədə yaxşı oynadıq, hesabı açdıq". Matc.az saytının məlumatına görə, bunu "Sabah"ın futbolçusu Amadu Diallo deyib.

Azərbaycan Premyer Liqasının III turunun "Zirə" ilə oyununda hesabı açan yarımmüdafiəçi Azərbaycanda ilk qolunu vurub. Qvineyalı legioner bu görüş və qol barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb: "İkinci hissədə geri çəkildik. Bundan sonra "Zirə" ardıcıl hücumlar etməyə başladı və sonda hesabı bərabərləşdirdi. çox təəssüf edirəm. İlk qələbəmizi qazanmağımız bizim üçün çox yaxşı olardı. "Sabah"da ilk qolumu vurduğum üçün xoşbəxtəm. Lakin sonda qələbə qazansaydıq, daha yaxşı olardı".

Qeyd edək ki, "Zirə" – "Sabah" matçı 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest