"Roma" "çelsi"dən yenicə icarəyə götürdüyü Davide Zappakostanı itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi A seriyasının II turunda "Latsio" ilə oyunöncəsi məşqdə zədələnib.

Əzələsi dartılan 27 yaşlı futbolçu tibbi müayinədən keçib. Nəticədə həkimlər vəziyyətin ciddi olduğunu və oyunçunun ən azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Davide Zappakosta mövsümün sonuna qədər "Roma"da icarə əsasında çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest