"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen qış fasiləsində komandasını dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, artıq bir neçə klub bununla bağlı hərəkətə gəlib.

Konkret olaraq 3 klub - "İnter", "Mançester Yunayted" və "Real" indidən Danimarka millisinin üzvü uğrunda mübarizəyə qoşulub. Futbolçu özü bu yay "Real"a keçmək istəsə də, londonlular qarşı tərəfin təklifini qəbul etməmişdi.

Qeyd edək ki, Kristian Eriksenin "Tottenhem"lə müqavilə müddəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest