İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino "Real"ın maraq dairəsində olmasına münasibət bildirib. Matç.az saytı xəbər verir ki, argentinalı mütəxəssis "Kral klubu"nun baş məşqçisi postuna keçmək variantına maraqlı nümunə göstərib.

Poçettino özünü yaraşıqlı kişiyə, "Tottenhem"i xanımına, "Real"ı isə yada göz dikən qadına bənzədib: "Bütün bunlar ona bənzəyir ki, həyat yoldaşınla əl-ələ tutub gedirsən. Amma yaraşıqlı olduğun üçün küçədə başqa qadın da sənə baxır. Lakin həyat yoldaşın səninlə fəxr edir və başqasının baxmasından narahatçılıq keçirmir. O, səninlə fəxr edir və daha çox sevir".

Qeyd edək ki, Xulen Lopeteqini istefaya göndərən "Real" baş məşqçi vəzifəsini müvəqqəti Santyaqo Solariyə həvalə edib. Axtarışda olan madridlilərin əsas hədəflərindən birinin Poçettino olduğu bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest