"Fənərbaxça" "xəstəsi" olan gənc fanatın sosial şəbəkədəki bütün paylaşımları da doğma komandası ilə bağlı olub. "Babam atama Lefterdən, atam mənə Rıdvandan danışıb...

Türkiyə Superliqasının XI turunda keçirilən "Qalatasaray" – "Fənərbaxça" (2:2) görüşündən əvvəl qonaq komandanın azarkeşi Koray Şenerin ürəktutmasından dünyasını dəyişməsi derbidəki mübarizəni kölgəyə atıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, ikinci hissənin əvvəlində "Fənər" azarkeşləri, qarşılaşmadan dərhal sonra komandanın futbolçuları və rəsmiləri mərhumun aparıldığı xəstəxanaya yollanıb.

"Fənərbaxça" "xəstəsi" olan gənc fanatın sosial şəbəkədəki bütün paylaşımları da doğma komandası ilə bağlı olub. "Babam atama Lefterdən, atam mənə Rıdvandan danışıb, mən isə uşaqlarıma səndən bəhs edəcəm, Aleks de Souza", - statusu ilə o, "sambaçı"ya olan pərəstişini bildirib.

20 yaşlı azarkeşin 2014-cü ildəki paylaşımı isə ürək dağlayıb. Şener sanki bu duruma düşəcəyini öncədən bilirmiş: "ürəkdən gedəcəm, buna əminən. Bu komandaya ürək dayanmaz".

ölkəsi Braziliyada olan Aleks de Souza isə pərəstişkarının vəfatına biganə qalmayıb. O, tvitter hesabı vasitəsilə Şenerə rəhmət, yaxınlarına səbr diləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest