AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Kosovo yığmaları ilə qarşılaşacaq İngiltərə millisi ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, müdafiəçi Aaron Van-Bissaka zədələnib.

Bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. "Mançester Yunayted"in yeni transferi millinin toplanışını tərk edib. İngiltərə yığmasının heyətində sağ cinah müdafiəçisi mövqeyində Kiran Trippyer və Trent Aleksander-Arnold olduğu üçün Bissakanın əvəzinə yığmaya heç kim çağırılmayıb.

Qeyd edək ki, İngiltərə sentyabrın 7-də Bolqarıstan, 10-da isə Kosovo ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest