İlin arxada qalan 10 ayının nəticələrini dərc edən İFFHS-ın siyahısına Əlcəzair yığmasının və Qətərin "Əl-Sədd" klubunun hücumçusu Bağdad Bundeja başçılıq edir. O, yığmada 5, klubda 13 dəfə fərqlənib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Matç.az saytı xəbər verir ki, cədvəldə milli komanda və qitə miqyaslı klub turnirlərində ən çox qol vuranlar yer alıb.

İlin arxada qalan 10 ayının nəticələrini dərc edən İFFHS-ın siyahısına Əlcəzair yığmasının və Qətərin "Əl-Sədd" klubunun hücumçusu Bağdad Bundeja başçılıq edir. O, yığmada 5, klubda 13 dəfə fərqlənib.

ümumilikdə vurduğu 18 qolla zirvədəki yerini möhkəmlədən afrikalını Romelu Lukaku izləyir. Belçika millisində 14, İngiltərə "Mançester Yunayted"ində 1 dəfə rəqib qapısına yol tapan hücumçu liderdən 3 qol geri qalır.

İlk "üçlüy"ü digər afrikalı - mərakeşli Ayyub Kaibi qapayır. Yığmada 11, "Berkan"da 4 qol vuran afrikalı ümumilikdə 15 dəfə fərqlənib.

İlk "onluq"da hərəyə 13 qola sevinən Məhəmməd Salah, Edin Dzeko, Antuan Qrizmann, 12 dəfə fərqlənən Lionel Messi, Kriştianu Ronaldo kimi ulduzlar da yer alıb.

Qeyd edək ki, ən azı 8 qol vuranların yer aldığı siyahıda Azərbaycan təmsilçisi yoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest