İtaliya çempionu "Yuventus"un yarımmüdafiəçi Əmrə Can və hücumçu Mario Mancukiçi UEFA çempionlar Liqasının qrup mərhələsinin oyunları üçün sifariş etməməsinin səbəbi müəyyənləşib. Matc.az "goal.com"a istinadən xəbər verir ki, Turin təmsilçisi hər iki oyunçunu qışda satmağı planlaşdırır.
 
Həm türk əsilli almaniyalı, həm də xorvatiyalı futbolçu özünə yeni klub axtarmalı olacaq. Mancukiç hələlik çL oyunları üçün sifariş olunmamağına dair heç bir reaksiya göstərməsə də, Əmrə artıq həm sosial şəbəkə hesabında, həm də Almaniya mətbuatına açıqlamasında "Yuventus"un onu aldatdığını bəyan edib. Belə ki, bu yay PSJ-yə keçməyə çox yaxın olduğunu bildirən futbolçu "Yuventus" rəsmilərinin onu çL-in iştirak ərizəsinə daxil edəcəklərinə söz verdikləri halda, vədlərinə əməl etmədiklərini bəyan edib.
 
"Yuventus"un çL-ə sifariş etmədiyi digər futbolçu isə azı 6 aylıq sıradan çıxan Corcio Kyellinidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest