AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik yeni təyinat alıb. Matc.az xəbər verir ki, komitə rəhbəri Avropa Liqası oyununda iş başında olacaq.

Belə ki, o, C qrupunun "Trabzonspor" –  "Bazel" oyununda hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş oktyabrın 3-də Trabzon şəhərindəki "Hüseyn Avni Aker" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest