La Liqanın ötən turunda "Vilyarreal"la 2:2 hesablı bərabərə qalan oyunda "Real"ın qırmızı vərəqə alan futbolçusu Qaret Beylin cəzası məlum olub. Matc.az xəbər verir ki, İspaniya Futbol Federasiyası uelsli futbolçunu bir oyunluq cəzalandırıb.

Beləliklə, Beyl La Liqanın növbəti turunda "Levante" ilə qarşılaşmada iştirak edə bilməcəyək. Bu səbəblə "kral klubu" 350 avro, futbolçu isə 600 avro məbləğində cərimələnib. Sözügedən matçda "Real"ın hər iki qolunun müəllifi Beyl olmuşdu. Futbolçu görüşün əsas vaxtına əlavə olunmuş 4 dəqiqədə iki dəfə sarı vərəqə alaraq, meydandan qovulmuşdu.

Qeyd edək ki, Beyl hazırda Uels yığmasının heyətində Azərbaycanla AVRO-2020-nin seçmə mərhələ oyununa hazırlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest