"Tottenhem"in yarımmüdafiəçisi Covanni Lo Çelso zədələnib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 23 yaşlı futbolçu Argentina millisinin heyətində xəsarət alıb.

Belə ki, Çili ilə bu gün keçirilən yoldaşlıq görüşündə (0:0) start heyətində meydana daxil olan orta sahə oyunçusu ikinci hissənin əvvəllərində zədələnərək əvəzlənib. Lo Çelso narahatlığa əsas olmadığını və yüngül zədə aldığını söyləyib. Ancaq o, Meksika ilə sentyabrın 11-də keçiriləcək yoldaşlıq görüşündə iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Tottenhem" Covanni Lo Çelsonu bu yay "Betis"dən icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest