"Neftçi"də vəziyyət getdikcə gərginləşir. Matc.az sportinfo.az saytına istinadən xəbər verir ki, klub daxilində futbolçuların məşqçilərdən, məşqçilərin rəhbərlikdən, rəhbərliyin də ümumi komandadan narazılığı bir-birini əvəzləyir. Artıq paytaxt klubunda vəziyyət kritik həddə çatıb.

Sponsorlar ötən ayın maaş və mükafatlarını dayandırıblar. "Ağ-qaralar"ın Avroliqanın III təsnifat mərhələsində "Bney-Yehuda"ya məğlub olması SOCAR rəhbərliyini özündən çıxarıb. Komandaya qəzəblənən, "Neftçi"nin İsrail klubunu keçməli olduğunu düşünən sponsorlar avqustun ödəmələrini bilərəkdən gecikdirir.

Rəhbərliyə köçürmələrdə problemin olduğu deyilsə də, mənbə iddia edir ki, ödəmələrin gecikməsinin yeganə səbəbi klubun avrokubok uğursuzluğudu. Komandaya əmək haqqları və mükafatların qeyri-müəyyən vaxta qədər ödəniləcəyi söylənilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest