"Rəqibin vurduğu ikinci qolda taktiki səhvə yol verdik. Seçmə mərhələdə ilk oyunumuzdu. Bu qarşılaşmanı unutmalı, növbəti görüşlərə köklənməliyik"

21 yaşadək futbolçulardan ibarət Slovakiya yığmasının baş məşqçisi Adrian Qula Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan milli komandasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Rəqib komandanı və məşqçi heyətini qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı. Bizim futbolçular isə əksinə, qarşılaşmaya heç cür köklənə bilmədilər. Görüşün son dəqiqələri isə bizim üçün uğursuz alındı. Rəqibin vurduğu ikinci qolda taktiki səhvə yol verdik. Seçmə mərhələdə ilk oyunumuzdu. Bu qarşılaşmanı unutmalı, növbəti görüşlərə köklənməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest