21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığması ilə keçirəcəyi oyunun hakimləri məlum olub. Matc.az xəbər verir ki, oyunu Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Laurent Koprivaya yan xətt hakimləri  Klod Ris və David Mateus Santos köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleks Kryureq yerinə yetirəcək.
 
"Dalğa Arena"da keçiriləcək qarşılaşma sentyabrın 10-da, saat 20:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest