Əfsanəvi hücumçu Samuel Eto’o futbolçu karyerasını başa vurub. Matc.az xəbər verir ki, bununla bağlı "İnstagram" səhifəsində paylaşım edən kamerunlu yazıb: 
 
"Bu, sondu. Qarşıda yeni çağırışlar var. Hamıya təşəkkür".
 
çempionlar Liqasının üçqat qalibi olan 38 yaşlı Eto’o Avropada "Real", "Malyorka", "Barselona", "İnter", "Anji", "çelsi", "Everton", "Sampdoriya", "Antalyaspor" və "Konyaspor"da oynayıb. Onun son klubu isə "Qətər" olub.
 
O, Kamerun millisi tarixinin ən yaxşı hücumçusu hesab edilir. Bundan başqa, Eto’o dörd dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest