Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən Premyer Liqa klubları yoxlama görüşləri keçirirlər. Matc.az xəbər verir ki, "Zirə" ilə "Sabah" da bu gün yoxlama matçında üz-üzə gəlib. 
 
"Bank Respublika Arena"nın ehtiyat meydançasında keçirilən görüşdə qapılara bütövlükdə 6 qol vurulub. Beləcə, elita təmsilçiləri meydanı "sülh"lə tərk ediblər.
 
Yoxlama oyunu
7 sentyabr
 
Sabah – Zirə 3:3
Qol: Rocer Roxas, 38. Amadu Diallo, 45; 67 - Tellur Mütəllibov, 19. Xulio Rodriqez, 26; 49.
"Bank Respublika Arena".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest