Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Sumqayıt" və "Qəbələ" klubları yoxlama matçı keçirib. Matc.az xəbər verir ki, bu gün "Sumqayıt Arena"da keçirilən oyunda qapılara bütövlükdə 4 qol vurulub.
 
Qarşılaşma bölgə təmsilçisinin qələbəsiylə başa çatıb. "Qəbələ"nin heyətində ülvi İsgəndərov dubla imza atıbsa (51; 61), digər qolu Asif Məmmədov (2) rəqib qapısından keçirib.
 
Yoxlama oyunu
7 sentyabr
 
Sumqayıt – Qəbələ 1:3
"Sumqayıt Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest