"Zirə" klubunun iki futbolçusu ölkəsinin milli komandasında üz-üzə gəlib. Matc.az xəbər verir ki, söhbət Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvanendən gedir.
 
Adıçəkilən yığmalar Dç-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyunlarını keçiriblər. Maraqlıdı ki, Malavi və Botsvana ilk raundda bir-biri ilə qarşılaşıb.
 
İlk oyun Botsvanada baş tutub. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyiblər – 0:0.
 
Kqasvane start heyətdə meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib. O, 45-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Nqalande isə 76-cı dəqiqədə meydana buraxılıb.
 
Bu komandalar arasındakı cavab oyunu sentyabrın 10-da Malavidə baş tutacaq. Cütün qalibi Afrika zonası üzrə seçmə mərhələnin ikinci raundunda qrupa vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest