Xorvatlar Heydər Əliyev adına hava limanından otelə yox, birbaşa fitnes zala yollanıblar. Xorvatiya mətbuatının yazdığına görə, millimizin rəqibi Bakıdakı oyuna ciddi yanaşır.

Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olcaq futbol üzrə Xorvatiya yığması Bakıya gəlib. Matc.az xəbər verir ki, Zlatko Daliçin komandası sentyabrın 6-da Slovakiyaya qarşı keçirdikləri səfər oyunundan dərhal sonra Azərbaycana yola düşüb.
 
Xorvatlar Heydər Əliyev adına hava limanından otelə yox, birbaşa fitnes zala yollanıblar. Xorvatiya mətbuatının yazdığına görə, millimizin rəqibi Bakıdakı oyuna ciddi yanaşır.
 
Qeyd edək ki, Xorvatiya millisi bu gün oyunun keçiriləcəyi 8-ci km stadionunda son məşqinə çıxacaq.
 
Sabah keçiriləcək Azərbaycan – Xorvatiya matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest