Fransa millisinin keçmiş üzvü Lüdovik Jüli "Monako" klubuna qayıdıb. Matc.az xəbər verir ki, sabiq hücumçu "Monako"nun B komandasının baş məşqçisi David Beşkuranın köməkçisi təyin olunub. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Monako"nun B komandası Fransanın 4-cü divizionunda mübarizə aparır.
 
Jüli 1998-2004 və 2011-12-ci illərdə "Monako"da çıxış edib. O, iştirak etdiyi 264 oyunda 67 qol vurub. Jüli "Monako" ilə yanaşı, Lion "Olimpik"i, "Barselona", "Roma" və PSJ kimi klublarının da formasını geyinib. Sabiq hücumçu Fransa millisində də 17 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest