Aç-2020-nin seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşacaq Almaniya millisinin heyətində ciddi itki baş verib. Matc.az xəbər verir ki, Dortmund "Borussiya"sında da çıxış edən yığmanın müdafiəçisi Niko Şults zədələnib. 
 
Bu barədə Almaniya milli komandasının mətbuat xidməti məlumat yayıb. Şults milli komandanın düşərgəsini tərk edərək, Dortmunda qayıdıb. Onun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
 
Almaniya millisi Aç-2020-nin seçmə mərhələsinin 6-cı turunda sabah, səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest