"Keşlə"nin hücumçusu Ruslan Qurbanov dünəndən etibarən Bakıda olan Xorvatiya yığmasının düşərgəsinə baş çəkib. Matc.az xəbər verir ki, Uels və Xorvatiya ilə seçmə mərhələ oyunlarına dəvət almayan Qurbanov xorvatların iki futbolçusu ilə görüşmək üçün onların qaldığı otelə yollanıb.
 
Ruslan vaxtilə "Hayduk" klubunda birgə oynadığı Miyo çaktaş və "Neftçi"də komanda yoldaşı olduğu Dario Melnyakla görüşüb. O, sözügedən oyunçularla fotosunu sosial şəbəkə hesabında paylaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest