Avropa çempionatının seçmə mərhələsində Xorvatiyanı qəbul edəcək Azərbaycan millisi son məşqinə çıxıb. Matc.az saytının məlumatına görə, yığmamız qarşılaşmanın keçiriləcəyi "Bakcell Arena"da hazırlıq keçib.
 
Uelslə Kardiffdəki görüşün (1:2) ikinci hissəsində zədələnərək əvəzlənən müdafiəçi Şəhriyar Rəhimov da kollektivlə birlikdə məşq edib. Ancaq yarımmüdafiəçi Riçard Almeyda komanda ilə yüngül qaçışdan sonra kollektivdən ayrı hazırlaşıb. Milliləşdirilmiş oyunçu məşqin əvvəllərində millinin həkiminin nəzarətində fərdi çalışıb.
 
Qeyd edək ki, sabah baş tutacaq Azərbaycan - Xorvatiya oyunu saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest