Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə lider Moskva "Torpedo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra – 46-cı dəqiqədə "döyüşə atılıb". Əliyev 52-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Cari mövsümdə 5 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
 
"Ximki" 12 turdan sonra 27 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest