Son 10 ildə futbolçu satışından ən çox gəlir əldə edən klubların adları müəyyənləşib. Matc.az xəbər verir ki, "CIES Football Observatory" şirkətinin araşdırmasına görə, "Monako" siyahıya başçılıq edir.

Knyazlıq klubu 10 il ərzində transferlərdən 1 milyard avrodan çox pul götürüb.

 

İlk "10-luq":

1. "Monako" (Fransa) - 1.029 milyard avro

2. "çelsi" (İngiltərə) - 868 milyon

3. "Yuventus" (İtaliya) - 787 milyon

4. "Benfika" (Portuqaliya) - 780 milyon

5. "Real" - 763 milyon

6. "Atletiko" (İspaniya) - 754 milyon

7-8. "Roma" (İtaliya) - 726 milyon

7-8. "Barselona" (İspaniya) - 726 milyon

9. "Liverpul" (ingiltərə) - 716 milyon

10. "Borussiya" (Dortmund, Almaniya) - 678 milyon

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest