Rusiyanın "Dinamo" (Moskva) klubu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək yoxlama matçında qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi paytaxt təmsilçisi Latviyanın RFS klubu ilə qarşılaşıb.
 
Moskvada keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1. 42-ci dəqiqədə Njinin vurduğu qolla hesabı açan moskvalılar 75-ci dəqiqədə bərabərlik qoluna üzülüblər.
 
Qeyd edək ki, hazırda Azərbaycan yığmasının düşərgəsində olan Ramil bu görüşün iştirakçısı olmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest