Futbol üzrə İtaliya milli komandası Aç-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiyanı məğlub edib – 2:1. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma İtaliya yığmasının futbolçusu Leonardo Bonuççi üçün əlamətdar olub. Belə ki, 32 yaşlı müdafiəçi milli komandada 91-ci oyununu keçirib.
 
Milli komandanın kapitanı olan Bonuççi İtaliya yığması ilə ən çox oyun keçirən 10 futbolçudan birinə çevrilib.
 
İtaliya millisində ən çox oyun keçirən isə "Yuventus"un qolkiperi Canluici Buffondu. Yığmanın sabiq üzvü milli ilə 176 matça çıxıb.
 
Sonrakı yerlər bu futbolçulara məxsusdu: Fabio Kannavaro (136), Paolo Maldini (126), Daniele De Rossi (117), Andrea Pirlo (116), Dino Zoff (112), Corco Kyellini (103), Canluka Zambrotta (98), Cakinto Faketti (94).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest