Futbol üzrə ABŞ yığması və İngiltərənin "çelsi" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, sözügedən komandaların uğurları üçün çalışan yarımmüdafiəçi Kristian Pulişiç zədələnib.
 
O, amerikalıların Meksika ilə yoxlama görüşündə (0:3) sıradan çıxıb. Zədəsi ciddi olan futbolçu artıq millinin düşərgəsindən ayrılıb və İngiltərəyə dönüb. Bu üzdən də o, sabah keçiriləcək ABŞ – Uruqvay qarşılaşmasında forma geyinə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest