17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına yığışacaq. Matc.az saytının məlumatına görə, hazırlıq Bakıda baş tutacaq.

Sentyabrın 12-dən 22-dək keçiriləcək toplanışa 24 futbolçu çağırılıb. Onlardan yalnız 3-ü legioner həyatı yaşayır.

U-17-nin heyəti: Elgün Bayramov, Nicat Quliyev (hər ikisi "Səbail"), İbrahim Ramazanov, Namiq Şəmilov, ülvi Mədətov, Gülağa Əsədov, Rauf Rüstəmli, Mehrac Bəxşəliyev (hamısı "Qəbələ"), Cəlal Hüseynov, Nurəli Nurəliyev (hər ikisi "Zirə"), Raqib Abışov, Vüsal Qəmbərov (hər ikisi "Sabah"), Kamal Kazımov, Xəyal İbrahimov (hər ikisi "Keşlə"), Mirəli Əhmədov, Ayxan Süleymanlı, Nihad Cəfərov (hamısı "Neftçi"), Musa Musazadə, Nəriman Axundzadə, Zöhrab Əsədov, Mirmövsüm Canıyev (hamısı "Qarabağ"), Eldar Tağızadə ("Fundacion Marcet", İspaniya), Amin Ramazanov ("Lokomotiv", Moskva, Rusiya), Rasim Həsənov ("Yunost", Ukrayna).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest