Futzal üzrə Yüksək Liqada yeni mövsümə start verilib. Bu gün I turun oyunları keçirilib. Bakı İdman Sarayında 5 qarşılaşma baş tutub.

Futzal üzrə Yüksək Liqada yeni mövsümə start verilib. Matc.az saytının məlumatına görə, bu gün I turun oyunları keçirilib.

Bakı İdman Sarayında 5 qarşılaşma baş tutub. İlk oyunda debütant "Premier"lə EKOL komandaları qarşılaşıb. Mövsümdə ilk qolu Quba futzalçıları aktivlərinə yazıblar. Elə ilk "sarı" da debütantın üzvünə göstərilib. Cütün qalibi isə EKOL olub. çempionların duelini "Araz", mərkəzi matçı isə "Neftçi" qazanıb.

 

Yüksək Liqa
I tur
11 sentyabr

"Premier" (Quba) – EKOL - 3:7
Qollar: Vüqar Asalıyev, 02:42; Firudin Ağalarov, 28:28, 29:38 - Radik Əhmədov, 09:14; Əsgər Abasov, 11:06, 36:51; Talebmohammad Arabpour, 13:41; Namiq Məmmədkərimov, 26:57; Fərid Atakişiyev, 27:45; Mehdi Pənahande, 31:14
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Elman Musayev

"Araz" – "Baku Fire" - 4:1
Qollar: Ramiz çovdarov, 11:11; Xətai Bağırov, 29:08; Borges Souza Murilo, 36:31, 36:48 - İbrahim Zeynalov, 30:28
Hakimlər: Mehman Mahmudov, Ramiz Məhərrəmov, Fuad Həsənov

"Bakı" TFK – "Yasamal" İSK - 4:3
Qollar: Elvin Adışirinli, 16:24; Vüsal Buludlu, 27:36; Məhəmməd Bədəlbəyli, 32:57; Orxan Səfiyaroğlu, 36:10 - Vüsal Səfərov, 17:48; Zaur Fərziyev, 23:40 (ö/q); Elgün Abbaslı, 32:00
Hakimlər: Əli Cəbrayılov, Elmir Quluzadə, Vüsal Balaşov

"Marafon" FK – "Neftçi" İK - 2:3
QollarOmid Talebi, 8. Vitali Borisov, 27 – Emil Həsənzdə, 3. Kənan Manafov, 8. Əjdər Əjdərov, 37.

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Elvin Ağayev

"Xızı Futzal" – "Record club" 3:0
Qollar: M. Xəlilov, 04:46, B. Əliyev, 28:05, 30:12

Hakimlər: Azər Əsgərov, Rahin Heybətov, İsgəndər Əliyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest