16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. Matc.az saytı xəbər verir ki, hazırlıq sentyabrın 15-də başlayacaq.

Komanda həmin gündən ayın 20-dək Bakıda toplanış keçəcək. Hazırlığa 28 futbolçu dəvət edilib ki, onlardan biri Özbəkistanda legioner həyatı yaşayır.

U-16-nın heyəti: Ərtoğrul Quliyev, Vasif Faracov, Amin Qarayev (hamısı "Qarabağ"), Rəhman Məmmədov, Ruhid Mustafayev, Sanan Ağayev (hamısı "Sumqayıt"), Ümid Tagizadə, Fariz Xeyrullayev, İbrahim İbrahimli, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Ayxan Qələndərli, Turqut Mustafazadə, Cavid Adnayev, Elxan Zeynalabdinzadə, Firəddin Abdullayev (hamısı "Sabah"), Tofiq Bayramov, Tural Əmirhüseynov, İftixar İbrahimov (hamısı "Keşlə"), İxtiyar Məmiyev, Emil Süleymanov, Fərid Kələntərov, Nuğay Rəşidov, Sərxan Mirzəzadə, Sahil Həsənov (hamısı "Qəbələ"), Mirzalı Mirzalıyev, Xəyal Əliyev (hər ikisi "Səbail"), Mahmud Ağayev ("Zirə"), Bayram Nacafəliyev ("Paxtakor", Özbəkistan).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest