"Real" rəhbərliyi gələn mövsümün planlarını cızmağa başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu"nun siyahısınıda adı olan oyunçulardan biri də "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kantedi.

"Zadəganlar"dan Eden Azarı transfer edən ispanlar gələn ilin yayında Kante üçün hərəkətə keçəcək. "Real" bu transfer üçün 100 milyon funt-sterlinqlik büdcə ayırmağı planlaşdırır. Baş məşqçi Zinəddin Zidan da 28 yaşlı həmyerlisini ixtiyarında görmək istədiyini rəhbərliyə bildirib.

Qeyd edək ki, Nqolo Kante "Çelsi"yə 2016-cı ildə "Lester"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest