İspaniya "Real"ın baş məşqçi əvəzi Santyaqo Solarinin rəhbərliyi altında ilk çempionat oyununu keçirib. Matç.az saytı xəbər verir ki, Madrid təmsilçisi XI turun görüşündə "Valyadolid"ə 2:0 hesabı ilə qalib gəlib.

Bu, Solarinin postunda ümumilikdə 2-ci matçı olub. Bunadək "Real" İspaniya kubokunun 1/16 finalında "Melilya"nı 4:0 hesabı ilə məğlub etmişdi.

Bu iki qələbə Solariyə rekord nəticəyə imza atmaq imkanı verib. "Kral klubu"nun baş məşqçisi postundakı ilk iki qarşılaşmada mütləq nəticə göstərən sonuncu mütəxəssis Luis Karnilya olub. Onun 61 il əvvəl – 1957-ci ildəki debütü 2 qələbə ilə nəticələnib.

Qeyd edək ki, Primeranın 11 oyununda 17 xal toplayan "Real" 6-cı sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest