Azərbaycanlı iş adamı Rauf İsmayılov Türkiyədə klub alıb. Matç.az xəbər verir ki, bu barədə məlumatı yerli KİV yayıb.

Bildirilir ki, TFF II liqa təmsilçisi "Darıca Gənclərbirliyi"nin bütün səhmləri İsmayılova satılıb. Bununla bağlı imzalanma mərasimində İsmayılovla birlikdə "Darıca Gənclərbirliyi"nin prezidenti Mücahid Vural iştirak edib.

Məsələ ilə bağlı həftə ərzində rəsmi açıqlama veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest