FIFA yay fasiləsində baş tutan transferlərin statistikasını açıqlayıb. 1 iyun - 2 sentyabr aralığında 8935 transfer həyata keçirilib. Bu, ötən illə müqayisədə 4,8% çoxdu. Transferlərə xərclənən ümumi məbləğ 5,79 milyard dollardı. Bu baxımdan da 9%-lik artım müşahidə olunub.

FIFA yay fasiləsində baş tutan transferlərin statistikasını açıqlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 1 iyun - 2 sentyabr aralığında 8935 transfer həyata keçirilib.

Bu, ötən illə müqayisədə 4,8% çoxdu. Transferlərə xərclənən ümumi məbləğ 5,79 milyard dollardı. Bu baxımdan da 9%-lik artım müşahidə olunub. 4,38 milyard dolları top-5 klubları xərcləyib. Digər ölkələrin komandaları isə 1,41 milyard dollarlıq xərc çəkib.

ümumilikdə qış və yay "pəncərə"lərində 7,31 milyard dollarlıq transfer gerçəkləşib. Bu da bir il əvvəlkindən 4% çoxdu.

"Böyük beşlik" çempionatlarında – İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa klublarında yayda 478 oyunçu gəlib, 536-sı gedib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest