"Tottenhem" yarımmüdafiəçisi Kristian Erikseni komandada saxlamaq niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, londonlular aparıcı oyunçusuna yeni müqavilə təklif edib.

Paytaxt təmsilçisi bununla bağlı Danimarka millisinin üzvü ilə danışıqlara başlayıb. Premyer Liqa klubu 27 yaşlı oyunçuya yeni 5 illik sözləşmə təklif edib. Eriksen razılıq verərsə, illik maaşı 7,5 milyon avro olacaq.

Qeyd edək ki, Kristian Eriksen "Real", "Yuventus", PSJ, "Atletiko" və "İnter"in maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest