Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiya Premyer Liqa klublarının transfer bazarındakı fəaliyyətinə münasibət bildirib. Moskva "Dinamo"sunun forvardı, xüsusən də, ulduz futbolçuların keçidini dəyərləndirib.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiya Premyer Liqa klublarının transfer bazarındakı fəaliyyətinə münasibət bildirib. Matc.az saytı xəbər verir ki, Moskva "Dinamo"sunun forvardı, xüsusən də, ulduz futbolçuların keçidini dəyərləndirib.

"Zenit"in yetirməsi Sankt-Peterburq klubunun Malkomu, Moskva "Spartak"ının isə Andre Şürrleni almasını sürpriz hesab etmir: "Malkomun keçidinə təəccüblənmədim. Görək necə olacaq. Həmçinin Şürrle də sürpriz olmadı. ümumiyyətlə, Halkdan sonra heç bir ulduz futbolçunun gəlişi məni təəccübləndirmir".

Qeyd edək ki, "Zenit" Malkomu yay fasiləsində "Barselona"dan 40 milyon avroya transfer edibsə, "Spartak" Şürrleni Dortmund "Borussiya"sından icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest