"Mançester Yunayted" İngiltərə Premyer Liqasının V turunda "Lester"lə oyuna ciddi itkilərlə çıxacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 4 futbolçu sabahkı qarşılaşmanı buraxacaq.

Bunu baş məşqçi Ole-Qunnar Sulşer deyib. O bildirib ki, müdafiəçilər Luk Şou, Dieqo Dalot, yarımmüdafiəçi Pol Poqba və hücumçu Antoni Marsyal "Old Trafford"dakı görüşdə ixtiyarında olmayacaq. Həmçinin Aron van-Bissaka və Daniel Deymsin durumu da qeyri-müəyyəndi.

Qeyd edək ki, sabah keçiriləcək "Mançester Yunayted" - "Lester" oyunu Bakı vaxtı ilə 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest