İngiltərə Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Bornmut" - "Mançester Yunayted" matçı qonaqların baş məşqçisi üçün əlamətdar olub. Matç.az saytı xəbər verir ki, "mankunianlar"ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşma portuqaliyalı üçün yubiley görüşü olub.

Belə ki, bu, Mourinyonun məşqçilik karyerasında 900-cü oyunu kimi tarixə düşüb. Təcrübəli mütəxəssisin aktivində 586 qələbə varsa, onun komandaları 183 dəfə bərabərə qalıb, 131 dəfə isə məğlubiyyətə düçar olub.

Qeyd edək ki, Joze Mourinyo baş məşqçilik karyerasında "Benfika", "Leyria", "Porto", "çelsi", "İnter", "Real" və "Mançester Yunayted"də çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest