"İlk iki oyunda dəvət edilən futbolçuların əksəriyyətini saxlamışıq. Oyunçularımızın ölkə çempionatındakı çıxışlarını izləmişik. Heyət müəyyənləşdirərkən də bir çox amilə diqqət yetirmişik". Matç.az saytının məlumatına görə, bunu Malta yığmasının baş məşqçisi Rey Farrucia deyib.

Maltalılar UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Kosovo, 14-də isə Azərbaycan millisi ilə qarşılaşacaq. Bununla bağlı yerli futbol federasiyasına fikirlərini bildirən Farrucia dəvət edilən oyunçulardan yalnız Jozef Zerafanın ilk matçı buraxacağını söyləyib.

O, qarşıdakı rəqiblərin hər ikisinin güclü olduğunu vurğulayıb: "Qrupun iki favoriti ilə qarşılaşacağıq. Bu üzdən işimiz çətin olacaq. Şəxsən mənim fikrimcə, qrupun ən güclü komandası Kosovodu. Onlarla görüş bizim üçün böyük sınaq olacaq. Azərbaycan isə ötən ay bizimlə matçda göstərdi ki, çox rəqabətli komandadı. Qarşıdakı oyunlara da eyni motivasiya ilə çıxsaq, uğurlu nəticə əldə edə bilərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest