Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" çexiyanın gənclər liqasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, sözügedən komanda 6-cı tur çərçivəsində doğma meydanda "Sokol Hostoun" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vuran millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
 
"Slaviya"nın U-21 komandası 6 turdan sonra 9 xalla 16 iştirakçı arasında 7-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest