Ukrayna Premyer Liqasında XIV tur başa çatmaq üzrədi. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" bu gün meydana çıxıb.

Az öncə bitən qarşılaşmada komanda "Desna"nı qəbul edib. "Aleksandriya" ikinci hissənin əvvəllərində hesabı açmasına baxmayaraq, sona 2 dəqiqə qalmış qapısında qol görərək, 2 xal itirib – 1:1. Paşayev isə bu matçın "18-liy"inə düşməyib.

Liderlər qrupunda qərarlaşan "Aleksandriya" bu nəticə ilə xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest